İƏTdə Bakının “Ekspo2025” Ümumdünya Sərgisinə namizədliyi ilə bağlı təqdimat keçirilib


Siyasət 21 Dek 2017 20:49:00 264 0

İƏTdə Bakının “Ekspo2025” Ümumdünya Sərgisinə namizədliyi ilə bağlı təqdimat keçirilib

"Ekspo-2025" (World Expo 2025) Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə əlaqədar Səudiyyə Ərəbistanında, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) qərargahında İƏT-yə üzv ölkələrin nümayəndələri üçün təqdimat mərasimi keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, tədbirdə Səudiyyə Ərəbistanında yerləşən diplomatik nümayəndəliklərin rəhbərləri və nümayəndələri və İƏT-in Baş Katibliyinin yüksək səviyyəli rəsmiləri iştirak ediblər.

Tədbirdə Azərbaycanın inkişafı və potensialının vizual təqdimatı ilə çıxış edən Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi və "Bakı Ekspo-2025" İHədəf Qrupunun rəhbəri Elçin Əmirbəyov Bakının ümumdünya sərgisinə ev sahibliyi etmək üçün namizədliyinin irəli sürülməsi barədə məlumat verib.

E.Əmirbəyov qeyd edib: "Biz iştirak etdiyimiz əhəmiyyətli bir beynəlxalq layihənin dəstəyini almaq üçün buradayıq. "Expo 2025" Ümumdünya Sərgisinin Bakıda keçirilməsi arzusu Azərbaycanın uzunmüddəti baxışına və ölkənin milli inkişaf strategiyasına uyğundur. "Expo 2025"-in Bakıda keçirilməsi Azərbaycana uzunmüddətli strateji hədəflərin, o cümlədən regionların inkişafı, iqtisadiyyatın diversifikasiyası, təhsil, səhiyyə və məşğulluq sektoruna investisiya qoyulması yolu ilə insan kapitalının inkişafı kimi hədəflərin reallaşdırılması üçün misilsiz imkanlar açacaq.".

Qeyd edək ki, Azərbaycan İKT-nin "Ехро 2025"-in keçirilməsi üçün öz namizədliyini irəli sürmüş yeganə üzvüdür.

Son.az