İƏT-də Bakının “Ekspo-2025” Ümumdünya Sərgisinə namizədliyi ilə bağlı təqdimat keçirilib


Digərləri 21 Dek 2017 20:33:45 269 0

İƏT-də Bakının “Ekspo-2025” Ümumdünya Sərgisinə namizədliyi ilə bağlı təqdimat keçirilib

Səudiyyə Ərəbistanında, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) qərargahında İKT-yə üzv ölkələrin nümayəndələri üçün təqdimat mərasimi keçirilib.

Bakı. “Ekspo-2025” (World Expo 2025) Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə əlaqədar Səudiyyə Ərəbistanında, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) qərargahında İƏT-yə üzv ölkələrin nümayəndələri üçün təqdimat mərasimi keçirilib. Trend təşkilatın yaydığı məlumata istinadən xəbər verir ki, tədbirdə Səudiyyə Ərəbistanında yerləşən diplomatik nümayəndəliklərin rəhbərləri və nümayəndələri və İƏT-in Baş Katibliyinin yüksək səviyyəli rəsmiləri iştirak ediblər. Tədbirdə Azərbaycanın inkişafı və potensialının vizual təqdimatı ilə çıxış edən Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi və "Bakı Ekspo-2025" İHədəf Qrupunun rəhbəri Elçin Əmirbəyov Bakının ümumdünya sərgisinə ev sahibliyi etmək üçün namizədliyinin irəli sürülməsi barədə məlumat verib. E.Əmirbəyov qeyd edib: "Biz iştirak etdiyimiz əhəmiyyətli bir beynəlxalq layihənin dəstəyini almaq üçün buradayıq". Qeyd edək ki, Azərbaycan İKT-nin "Ехро 2025"-in keçirilməsi üçün öz namizədliyini irəli sürmüş yeganə üzvüdür. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin