Əhməd Bakıxanovun 125 illik yubileyi keçirilib (FOTO)


Digərləri 21 Dek 2017 19:43:00 246 0

Əhməd Bakıxanovun 125 illik yubileyi keçirilib (FOTO)

Tarzən, xalq artisti Əhməd Bakıxanovun 125 illik yubileyilə əlaqədar tədbir keçirilib.

Bakı. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında tarzən, xalq artisti Əhməd Bakıxanovun 125 illik yubileyilə əlaqədar tədbir keçirilib. Trend-in məlumatına görə, tədbir həmçinin Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin yaranmasının 80 illik yubileyinə həsr olunub. Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Nazim Əliyev və digər əməkdaşları, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Bədii təhsil şöbəsinin baş metodisti Rauf İmanov, Bakı şəhər musiqi və incəsənət məktəblərinin direktorları və başqaları iştirak ediblər.