Autizmlilər İdman Klubu ilin ən yaxşılarını mükafatlandırdı FOTO


Digərləri 21 Dek 2017 19:18:00 237 0

Autizmlilər İdman Klubu ilin ən yaxşılarını mükafatlandırdı  FOTO

Autizmlilər İdman Klubu İctimai Birliyi ilin ən yaxşılarını mükafatlandırıb.

İctimai Birliyin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, dekabrın 20-də Bakıda Autizmlilər İdman Klubu İctimai Birliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 2017-ci ilin yekunlarına həsr olunmuş mükafatlandırma mərasimi təşkil olunub. Tədbirdə Milli Məclisin Gənclər və idman komitəsinin sədri, millət vəkili Fuad Muradov, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elmira Axundova, ikiqat Paralimpiya və dünya çempionu İlham Zəkiyev, idman ictimaiyyətinin digər nümayəndələri, Türkiyədən gələn nümayəndə heyəti və "Neftçi", "Xəzər", "Səbail" futbol klublarının rəsmiləri, Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, bir sıra özəl və dövlət şirkətləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən millət vəkili Fuad Muradova Autizmli uşaqlarla bağlı belə tədbirlərin tez-tez təşkil etdiyi üçün AİK rəhbəri Elnur Məmmədova uğurlar arzulayıb. Fuad Muradov həmçinin öz növbəsində ölkədə autizmli uşaqlara xüsusi qayğı göstərilməsini və bunun artıq qanunvericiliyə salınması ilə bağlı işlərin getdiyini də açıqlayıb. Tədbirin sonunda üç nominasiya üzrə mükafatlar təqdim olunub.


Xəbərə aid fotolar