Nitq və eşitmə məhdudiyyətli qızlar üçün İKT təlimləri başa çatdı FOTO


Digərləri 21 Dek 2017 19:08:00 329 0

Nitq və eşitmə məhdudiyyətli qızlar üçün İKT təlimləri başa çatdı  FOTO

"Cavan" Gənclər Hərəkatı İctimai Birliyi və YARAT Müasir İncəsənət Məkanının təşkilati dəstəyi ilə "Nitq və eşitmə məhdudiyyətli qızlar üçün İKT təlimləri" layihəsinin bağlanış mərasimi baş tutub.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, 6 noyabr 2017-ci il tarixində start götürmüş və iki ay müddətində davam edən "Nitq və eşitmə məhdudiyyətli qızlar üçün İKT təlimləri" layihəsi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, "ASAN Könüllülər" Təşkilatı, E-hökumət Təlim-Tədris Mərkəzi, "STEP IT Academy Azerbaijan" və "Femmes Digitales" - Azərbaycan Qadınlarının İKT klubunun təşkilati dəstəyi ilə həyata keçirilib.

Layihədə nitq və eşitmə imkanları məhdud 16-26 yaş arası İKT sahəsinə marağı və minimal bilikləri olan 20 gənc xanım iştirak edib. 12 təlimdən ibarət olan layihədə gənclərə kompüter bilikləri haqqında ümumi məlumat, ofis proqramları, qrafik dizayn, kodlaşdırma, kibertəhlükəsizlik, robot texnologiyası, e-hökumət və s. təlimlər keçirilib.


Xəbərə aid fotolar