Mətbuat Şurasının sədri "İnterfaksAzərbaycan"ın baş direktorunun vəfatı ilə bağlı başsağlığı verdi


Digərləri 21 Dek 2017 18:56:00 261 0

Mətbuat Şurasının sədri "İnterfaksAzərbaycan"ın baş direktorunun vəfatı ilə bağlı başsağlığı verdi

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov "İnterfaks-Azərbaycan" İnformasiya Agentliyinin baş direktoru Aleksandr İvanovun vəfatı ilə əlaqədar başsağlığı verib.

Son.az-ın məlumatına görə, Ə.Amaşov başsağlığında qeyd edib:

"İnterfaks-Azərbaycan" İnformasiya Agentliyinin baş direktoru Aleksandr İvanovun vaxtsız vəfatından çox üzüldüm. Mərhumun doğmalarına, yaxınlarına və dostlarına dərin hüznlə başsağlığı verirəm.

Aleksandr Alekseyeviç şəxsi keyfiyyətləri ilə örnək sima idi. Sadəliyi, səmimiliyi, qayğıkeşliyi ilə seçilirdi. İdeya və prinsiplərinə hədsiz sadiqliyi və bütövlüyü ilə də. Məhz buna görədir ki, uzun müddət təhlükəsizlik orqanlarında çalışmış, ulu öndər Heydər Əliyevin şəxsi mühafizə xidmətinə rəhbərlik etmişdi.

Aleksandr İvanov Azərbaycan Mətbuat Şurasına üzv təşkilatın - "İnterfaks-Azərbaycan" İnformasiya Agentliyinin rəhbəri kimi tədbirlərimizdə yaxından iştirak edirdi. Hərəkət və davranışlarında, ətrafdakılara münasibətdə hər zaman böyüklük, doğmalıq hissi görürdük. Bunun nəticəsidir ki, media cameəsində hörmət və ehtiramla qarşılanırdı.