QMİ sədri: Özünü demokratiya beşiyi adlandıran Avropa miqrantlar qarşısında sədd çəkir


Digərləri 21 Dek 2017 18:14:00 237 0

QMİ sədri: Özünü demokratiya beşiyi adlandıran Avropa miqrantlar qarşısında sədd çəkir

Bəzi siyasətçilər elə qərarlar verirlər ki, biz dindarlar məcbur oluruq ki, hadisələri öz məcrasına qaytarmaq üçün fəaliyyət göstərək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Bakıda keçirilən "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

A.Paşazadə Qüdsdə, Suriyada baş verən hadisələrdən danışıb və bildirib ki, özünü demokratiya beşiyi adlandıran Avropa miqrantlar qarşısında sədd çəkir.