Metroda mülki polis olmaq istəyənlər üçün imkan yarandı


Digərləri 21 Dek 2017 16:56:00 136 0

Metroda mülki polis olmaq istəyənlər üçün imkan yarandı

Vakant mülki işçi vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib.

"İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli fərmanının icrası çərçivəsində Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsi vakant mülki işçi vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.

DİN-dən Son.az-a verilən məlumata görə, müsabiqədə həqiqi hərbi xidmət keçmiş, yaşı 24-dək, boyu 180 santimetr və yuxarı olan, özü və yaxın qohumları məhkum olunmamış, tam orta, orta ixtisas və ali təhsilli, atletik bədən quruluşuna malik, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları (oğlanlar) iştirak edə bilərlər.

Qeyd edilən tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanlarının rəhbərliyi ilə ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən edilmiş təminatlar şamil olunacaq.

İctimai asayişin qorunmasında 2 il əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcək.

İngilis azarkeşlərə xəbərdarlıq edilib like
  • 21 Dek 16:49  
İdman İngilis azarkeşlərə xəbərdarlıq edilib

İngiltərə Azarkeşlər Federasiyasının rəhbəri Kevin Maylz 2018-ci i d&uu

arrow Ətraflı
Türkiyədə aviareyslər təxirə salındı like
  • 21 Dek 16:47  
Dünya Türkiyədə aviareyslər təxirə salındı

Türkiyənin şərqindəki İğdır vilayətində daxili aviareyslər təxirə s

arrow Ətraflı
Prezident İlham Əliyev: Dünya Azərbaycanın timsalında görür ki, multikulturalizm yaşayır like
  • 21 Dek 16:41  
Siyasət Prezident İlham Əliyev: Dünya Azərbaycanın timsalında görür ki, multikulturalizm yaşayır

Dünya Azərbaycanın timsalında görür ki, multikulturalizm yaşayır.

arrow Ətraflı
Türkiyədə aviareyslər təxirə salındı - Duman gəlib like
  • 21 Dek 16:41  
Digərləri Türkiyədə aviareyslər təxirə salındı - Duman gəlib

Türkiyənin şərqindəki İğdır vilayətində daxili aviareyslər təxirə s

arrow Ətraflı
Cənubi Koreyada fitnes mərkəzində yanğın 20 nəfəri öldürdü like
  • 21 Dek 16:39  
Dünya Cənubi Koreyada fitnes mərkəzində yanğın 20 nəfəri öldürdü

Cənubi Koreyanın Çeçhon şəhərində fitnes mərkəzində yanğın baş ver

arrow Ətraflı
"Məni ömürlük seçiblər" like
  • 21 Dek 16:25  
Digərləri "Məni ömürlük seçiblər"

"Qafqaz Müsəlmanları İdarəsinin qurultaya ehtiyacı yoxdur".

arrow Ətraflı
Türkiyəli millət vəkili: "Futbolumuz uçuruma gedir" like
  • 21 Dek 16:24  
İdman Türkiyəli millət vəkili: "Futbolumuz uçuruma gedir"

Futbol üzrə Türkiyə millisinin sabiq üzvü, millət vəkili

arrow Ətraflı