Cənubi Koreyada fitnes mərkəzində yanğın 20 nəfəri öldürdü


Dünya 21 Dek 2017 16:39:00 199 0

Cənubi Koreyada fitnes mərkəzində yanğın 20 nəfəri öldürdü

Cənubi Koreyanın Çeçhon şəhərində fitnes mərkəzində yanğın baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, yanğın nəticəsində 20 nəfər həlak olub, daha 24 nəfər xəsarət alıb.

Məlumata görə, yanğın səkkizmərtəbəli binanın qarajında avtomobilin yanması səbəbindən başlayıb. Hadisənin qurbanları ikinci mərtəbədəki fitnes mərkəzinin müştəriləri olub.