La Liqa klubunda yeni baş məşqçi


İdman 21 Dek 2017 16:06:00 248 0

La Liqa klubunda yeni baş məşqçi

"Las Palmas"ın yeni baş məşqçisi müəyyənləşib. Goal.az xəbər verir ki, noyabrda istefaya göndərilən Pako Ayestaranın əvəzinə Pako Xemes gətirilib. Xemes 2010-11-ci ildə "Las Palmas"da artıq çalışıb.

47 yaşlı mütəxəsisin son iş yeri Meksikanın "Cruz Azul" klubu olub. Onun rəsmi təqdimatı dekabrın 27-də baş tutacaq. Xemeslə mövsümün sonuna kimi müqavilə imzalanacaq. O, karyerası ərzində "Cordoba", "Cartajena", "Rayo Vallecano" və "Granada" klublarını çalışdırıb.