"Abşeron" yatağında böyük həcmdə hidrokarbon ehtiyatları var FOTO


Digərləri 21 Dek 2017 15:51:00 312 0

"Abşeron" yatağında böyük həcmdə hidrokarbon ehtiyatları var  FOTO

SOCAR prezidenti Rövnəq Abdullayev Fransanın "Total" şirkətlər qrupunun Cənubi Avropa və Xəzər regionu üzrə vitse-prezidenti Bernard Klementin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

SOCAR-dan Son.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla gələcək əməkdaşlıq imkanları, o cümlədən "Abşeron" qaz-kondensat yatağının işlənməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.

"Total" 2011-ci ilin sentyabrında ilk kəşfiyyat quyusunda aparılan qazma işlərinin nəticələrinə əsasən "Abşeron" yatağında böyük həcmdə hidrokarbon ehtiyatlarının (326 mlrd. kubmetr qaz və 108 mln. ton kondensat) olduğunu təsdiqləyib. "Abşeron" yatağının işlənməsi layihəsinin I mərhələsinə dənizin 450 metr dərinliyində bir quyunun qazılması daxildir. Qazma işlərində üzən yarımdalma qazma qurğusundan istifadə olunacaq. Bu mərhələ çərçivəsində platoda illik 1,3 mlrd. kubmetr, layihənin ikinci mərhələsində isə platoda illik 4 mlrd. kubmetr qaz hasilatı nəzərdə tutulur. Birinci mərhələ çərçivəsində hasil edilən qazın Azərbaycanın daxili bazarına yönəldiləcəyi nəzərdə tutulur.


Xəbərə aid fotolar