"Ermənistan BMT qətnamələrini icra etməyənə qədər Pakistan onu dövlət kimi tanımayacaq"


Siyasət 21 Dek 2017 15:15:00 327 0

"Ermənistan BMT qətnamələrini icra etməyənə qədər Pakistan onu dövlət kimi tanımayacaq"

"Pakistan Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini pisləyir və Ermənistanı dövlət kimi tanımaqdan imtina edir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Pakistan Senatının sədr müavini Molana Abdul Qafur Haidari Bakıda keçirilən "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Ermənistan BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə qətnamələrini icra etməyənə qədər Pakistan öz fikrində qalacaq: "Çünki Pakistan Azərbaycanla qardaşlıq münasibətlərinə xüsusi önəm verir".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində