Prezident: Hakimiyyətdən gedərəm, amma o şəxsləri nazir təyin etmərəm


Digərləri 21 Dek 2017 15:12:00 218 0

Prezident: Hakimiyyətdən gedərəm, amma o şəxsləri nazir təyin etmərəm

Moldova prezidenti İqor Dodon bəyan edib ki, boş qalan 6 nazir postuna göstərilən namizədlərin heç birini təsdiq etməyəcək.

Bakı. Moldova prezidenti İqor Dodon bəyan edib ki, boş qalan 6 nazir postuna göstərilən namizədlərin heç birini təsdiq etməyəcək. Trend-in məlumatına görə, daha öncə Moldova prezidenti 6 nazirin istefasını təsdiq edib. Yeni namizədlərlə bağlı Dodon deyib: "Hakimiyyətdən uzaqlaşdırılsam da, pis nüfuza malik şəxslərin namizədliyini təsdiq etmərəm. Bu, Moldova Demokratik partiyasının böyük səhvidir ki, keçmişdə adı bank firıldaqlarında hallanan şəxslərin namizədliyini nazir postuna irəli sürürlər".