Dəmir Yolu Vağzalında bomba həyəcanı metronun işinə təsir etdi?


Digərləri 21 Dek 2017 14:51:12 299 0

Dəmir Yolu Vağzalında bomba həyəcanı metronun işinə təsir etdi?

Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması barədə məlumat yayılması Bakı Metropoliteninin "28 May" stansiyasının işinə heç bir təsir etməyib.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, hazırda stansiyada vəziyyət normaldır: "Heç bir sıxlıq qeydə alınmayıb. Stansiya işini normal davam etdirir".