Nazənin Təranəni yenə məhkəməyə verir


Digərləri 21 Dek 2017 14:09:53 252 0

Nazənin Təranəni yenə məhkəməyə verir

Təranə Qumral (İbrahimova) instaqram səhifəsində Nazənin xanımın ailə üzvləri barəsində qeyd etdiyi yazılar əxlaqi prinsiplərə ziddir. 

Son.az xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında müğənni Nazəninin vəkili Heyrat Qarayev deyib. O, Təranə Qumralın həmkarının oğlunu cindar adlandırmasına münasibət bildirib. 

H.Qarayev söyləyib ki, Nazənin qısa müddət ərzində T.Qumralı məhkəməyə verəcək:

"Həmin məlumatlar həm cəmiyyət, həm də pərəstişkarı on minlərlə olan Nazənin xanımın ailə üzvlərinə qarşı mənfi rəy yarada bilər. Bu isə Nazənin Salayevanın ailə üzvlərinin şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab edilir. Bildirir ki, Təranə İbrahimovanın instaqram səhifəsində yazılan məlumatlar doğru deyil, tamamilə yalandır.