Mübariz Qurbanlı şəhidlər üçün ayrıca məzarlığın salınması təklifinə münasibət bildirib


Sosial 21 Dek 2017 13:54:33 266 0

Mübariz Qurbanlı şəhidlər üçün ayrıca məzarlığın salınması təklifinə münasibət bildirib

O qeyd edib ki, bu təklif müzakirə edilə bilər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı şəhidlər üçün ayrıca məzarlığın salınması təklifinə münasibət bildirib.

“Report”un xəbərinə görə, M.Qurbanlı xatırladıb ki, döyüş zamanı şəhid olan əsgərlərin dəfni ilə bağlı qaydalar mövcuddur və bütün məzarlıqlarda həmin qaydalar tətbiq olunur: “Təklif olunur ki, ayrıca məzarlıq salınsın. Hazırki qaydalarda şəhidlərin dəfni məzarlıqların bir hissəsində həyata keçirilir. Yəni ümumi qaydalar mövcuddur”.

O qeyd edib ki, bu təklif müzakirə edilə bilər.

Qeyd edək ki, şəhid olan hərbiçilərə ayrıca məzarlığın salınmasını təklifini Milli Məclisin Regional komiotəsinin sədri Arif Rəhimzadə irəli sürüb.