“Bomba həyəcanı” ilə bağlı “Azərbaycan Dəmir Yolları”nın və “ASAN Xidmət”in işçiləri təxliyyə olunub


Sosial 21 Dek 2017 13:39:55 270 0

“Bomba həyəcanı” ilə bağlı “Azərbaycan Dəmir Yolları”nın və “ASAN Xidmət”in işçiləri təxliyyə olunub

Fövqəladə Hallar Nazirliyinin, hüquq mühafizə orqanlarının əməkdaşarı hadisə yerindədir

Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması barədə polisə məlumat daxil olub.

"Report"un əməkdaşı xəbər verir ki, bombanın vağzalın ikinci mərtəbəsində yerləşən restoranın içinə qoyulduğu bildirilib.

 “Azərbaycan Dəmir Yolları” QSC-nin, “ASAN Xidmət”in işçiləri və vətəndaşlar binadan təxliyyə olunub. 

Hazırda Fövqəladə Hallar Nazirliyinin, hüquq mühafizə orqanlarının əməkdaşarı hadisə yerindədir.

Axtarışlara təlim görmüş itlər də cəlb edilib.