İstanbulda qaçaqmalçılardan 26 mindən çox antik əşya müsadirə edilib


Digərləri 21 Dek 2017 13:42:37 144 0

İstanbulda qaçaqmalçılardan 26 mindən çox antik əşya müsadirə edilib

Müsadirə edilən tarixi əşyalar Bizans, Roma və orta əsrlər dövrünə aiddir

Türkiyədə qaçaqmalçılardan tarixi əhəmiyyətə malik 26 min 456 ədəd antik əşya müsdirə edilib.

“Report” “Haberler”ə istinadən xəbər verir ki, əməliyyatı İstanbulun Polis İdarəsinin Qaçaqmalçılıq Cinayətlərinə Qarşı Mübarizə Şöbəsi keçirib.

Nəticədə 13 şübhəli tutulub.

Müsadirə edilən tarixi əşyalar Bizans, Roma və orta əsrlər dövrünə aiddir və İstanbul Arxeoloji Muzeyə təqdim ediləcək.