Azərbaycan pasportu daşıyan sirli mafioz Avstriyada tutuldu FOTO


Kriminal 21 Dek 2017 13:46:00 318 0

Azərbaycan pasportu daşıyan sirli mafioz Avstriyada tutuldu  FOTO

Avstriyada Rusiya hüquq-mühafizə orqanlarının sorğusu əsasında ən iri və və sirli kölgə bankirlərindən olan Ruslan Barkovski tutulub.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, Barkovski bir neçə ölkənin pasportunu daşıyırdı və daim yerini dəyişirdi, bir ölkədən o birinə gedirdi. Onun son vaxtlar İspaniya, Almaniya, İsveçrə, Fransa və Avstriyada olduğu məlumdur. Nəhayət, sonuncu ölkədə onu yaxalamaq mümkün olub.

Ekstradisiya məsələsinin həllinə qədər Barkovski başqa yerə getməmək şərti ilə sərbəst buraxılıb. Rusiya hüquq-mühafizə orqanları Barkovskini Çeçenistan rəhbərinin Ukraynadakı keçmiş səlahiyyətli nümayəndəsi Ramzan Tsitsulayevlə əlbir olaraq adam oğurluğunda iştirak etməkdə ittiham edir. İstintaqın versiyasına görə Barkovskii Tstisiulayevin mühafizəçiləri ilə birlikdə küçədə biznesmen Əli Zakirevi oğurlayıb və bir neçə sutka onu mənzildə saxlayaraq 100 milyon rubl tələb edib.