Bonuççi "Milan"a gəldiyinə görə peşman olub


İdman 21 Dek 2017 13:50:00 256 0

Bonuççi "Milan"a gəldiyinə görə peşman olub

Leonardo Bonuççidə "Milan"ın idman layihəsinə qarşı etimadsızlıq yaranıb. Goal.az xəbər verir ki, onun yanvarda və ya mövsümün sonunda klubunu dəyişməsi istisna edilmir. Mərkəz müdafiəçisi 2017-ci ilin yayında "Juventus"dan 40 milyon avroya "rossoneri"nin heyətinə qoşularaq çoxlarını təəccübləndirmişdi. Yay transferlərinə kifayət qədər pul xərcləyən "Milan" A Seriyasında zəhmətinin bəhrəsini görməməklə yanaşı, "Financial fair play"lə bağlı cəzalandırılma təhlükəsi ilə üzləşib. Bonuççi "Manchester City", "Chelsea" və PSG-nin maraq dairəsində idi. Onun müdafiədən ön xəttə dəqiq uzun ötürmələr verməsini "City"nin baş məşqçisi Xosep Qvardiola çox bəyənir. 30 yaşlı futbolçunun "Milan"la müqaviləsi 2022-ci ildə başa çatacaq.