"Bitcoin" gələn həftə 50% ucuzlaşa bilər


İqtisadiyyat 21 Dek 2017 13:39:58 266 0

"Bitcoin" gələn həftə 50% ucuzlaşa bilər

Bir il sonra isə onun qiyməti çox arta bilər

"Bitcoin" hazırkı qiymətinin yarısını itirə bilər. "Report" xəbər verir ki, bu proqnozla "Pantera Capital" hedc fondunun sahibi və baş direktoru Den Morhed (Dan Morehead) CNBC telekanalına müsahibəsində çıxış edib.

"Bitcoin"ə 72 dollardan investisiya yatıran Morhed bildirib ki, blokçeyn layihələrində böyük siçrayış və çöküşlər hələ irəlidədir: "Gələn həftə bitkoin 50% ucuzlaşaraq ötən ayın səviyyəsinə enə bilər. Amma, bir ildən sonra onun qiyməti bugünkündən daha çox ola bilər".

Xatırladaq ki, "Pantera Capital" 2003-cü ildə təsis edilib. Fond, rəqəmsal valyutalara investisiyaları ilə tanınır. 2017-ci ildə Fondun illik mənfəəti 25 004% artaraq 1,7 mlrd. dollar təşkil edib. Ekspertlərin qiymətləndirmələrinə görə, ən yaxşı ənənəvi maliyyə aktivlərinə investisiya yatıran hedc fondlar isə bu il 148% mənfəət göstərib.