"Kukesi"nin baş məşqçisi: "Rauf Əliyev Albaniya səviyyəsində deyil"


İdman 21 Dek 2017 13:32:00 230 0

"Kukesi"nin baş məşqçisi: "Rauf Əliyev Albaniya səviyyəsində deyil"

"Kukesi"nin baş məşqçisi Mladen Milinkoviç açıqlama verib.

Goal.az xəbər verir ki, mütəxəssis milli komandamızın hücumçusu Rauf Əliyevin komandadan ayrılması haqda danışıb. Milinkoviç bildirib ki, Əliyev gözləntiləri verməyib:

"Əliyev "Kukesi"yə fərq yaratmaq üçün gəlmişdi. Amma gözləntiləri vermədi. Ona karyerasında uğurlar arzulayıram. Rauf yaxşı futbolçu olsa da, Albaniya çempionatı səviyyəsində oyunçu deyil. Onun yoxluğu bizə problem olmayacaq".

Qeyd edək ki, Rauf Əliyev hazırda azad agent statusu daşıyır.