6 nazir istefaya göndərildi Moldovada


Dünya 21 Dek 2017 12:54:00 229 0

6 nazir istefaya göndərildi  Moldovada

Moldova Prezidenti İqor Dodon 6 nazirin istefasını təsdiq edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, ötən gün baş nazir Pavel Filip nazirlərin istefaya göndərilməsi ilə bağlı prezidentə müraciət etmişdi.

Qərara əsasən, xarici işlər və avrointeqrasiya naziri Andrey Qalbur, iqtisadiyyat və infrastruktur naziri Oktavian Kalmık, səhiyyə, əmək və sosial müdafiə naziri Stela Qriqoraş, kənd təsərrüfatı, regional inkişaf və ətraf mühit naziri Vasili Bıtka və ədliyyə naziri Vladimir Çebotar istefaya göndərilib.