“Pulu götürüb çıxmışam” Qonşusunun evini yaran oğru saxlanıldı VİDEO FOTO


Kriminal 21 Dek 2017 12:22:00 293 0

“Pulu götürüb çıxmışam”  Qonşusunun evini yaran oğru saxlanıldı  VİDEO  FOTO

Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən fərdi evlərin birindən oğurluq edilib. Son.az ARB TV-yə istinadən xəbər verir ki, bu barədə ev sahibi Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə məlumat verib. Şikayətçi evdə olmadığı müddətdə naməlum şəxsin mənzilin pəncərəsini qıraraq içəri daxil olduğunu və oradan 2500 dollar oğurladığını bildirib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini Həsən Abdullayev tutulub. Saxlanılan şəxsin ilkin ifadəsi zamanı zərərçəkmişlə qonşu olduğu müəyyən edilib. Həsən Abdullayev - saxlanılan şəxs: "Həyətdə dəmir görmüşdüm. Hasardan həyətə düşüb, pəncərədən içəri girdim. Pulu görüb, götürüb çıxmışam". H.Abdullayevin ətrafında əlavə olaraq həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun digər bir cinayətinin də üstü açılıb. Şəxsin bu ilin fevralın 28-də Ramana qəsəbəsində daha bir evə daxil olduğu və oradan 450 manat pul, eləcə də 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.


Xəbərə aid fotolar