Qadın iki uşağını götürüb Amerikaya qaçdı FOTO


Dünya 21 Dek 2017 12:26:00 270 0

Qadın iki uşağını götürüb Amerikaya qaçdı  FOTO

Qadın ərindən xəbərsiz uşaqlarını götürərək qaçıb.

Son.az Media24.Az-a istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Tur rəhbəri işləyən əri Umut S. ilə 7 il öncə evlənib Türkiyəyə yerləşən Amerika vətəndaşı Jessica Marie S ad günündə 4 yaşındakı əkizlərini Amerikaya qaçırıb. Qaçırmasına səbəb isə ailə münaqişəsi olub.

Belə ki, Umut xanımını, qayınanası Suzan Turek Barfoot vasitəsi ilə 9 il öncə tanıyıb. Atlantada yaşayan Barfoot 2006-cı ildə Türkiyəyə gələn zaman tur rəhbərliyini Umud edib. Daha sonrakı 3 səfəri zamanı da tur rəhbəri olaraq həmin oğlanı tələb edib. Son görüşündə isə qızını oğlan ilə tanışdırıb.

Nəticədə başlayan tanışlıq münasibət olaraq davam edib. Cütlüyün 3 il sonra əkiz uşaqları dünyaya gəlib. Uşaqlar doğulduqdan sonra cütlük arasında mübahisələr yaranmağa başlayıb. Səbəb isə onların hər birinin ayrı mədəniyyətdən olmaları olub. Valideynmlərdən biri uşaqların türk adətlərinə görə böyüməyini istəsə də, digəri öz adətini üstün bilib. Daha sonra kişi işdən evə gəldiyi zaman heç kimin olmadığını görüb. Arvadının uşaqları ilə birlikdə Amerikaya qaçdığını öyrənib.


Xəbərə aid foto