Balaca qız edama gedən atası ilə vidalaşdı VİDEO FOTO


Digərləri 21 Dek 2017 12:08:00 301 0

Balaca qız edama gedən atası ilə vidalaşdı  VİDEO  FOTO

30 yaşlı kişi edam cəzası alıb və az sonra ona zəhərli inyeksiya vurulacaq. 3 nəfəri qətlə yetirməkdə ittiham olunan Li Şiyuan ailəsi ilə vidalaşandan sonra edam kamerasına aparılıb.

Son.az China Post-a istinadən bildirir ki, Çinin şimal-şərqindəki Heylunszyan vilayətinin Dasin şəhərinin həbsxanasında gerçəkləşmiş bu vidalaşma səhnəsinin videogörüntüləri sosial şəbəkələrdə yayılıb.

Linin 3 yaşlı kiçik qızı atasını son dəfə gördüyünün fərqində deyildi.

Qız atasını öpüb, sonra da "Sağ ol, ata!" deyib.

Li Şiyuan sürücü idi. O, 2015-ci i lin may ayında karaoke salonda üç nəfərlə dalaşıb. Salondan çıxan Li avtomobilinə oturub və həmin şəxslərin arxasınca düşərək onları maşınla əzib, öldürüb.


Xəbərə aid fotolar