Bu il 17 qrip hadisəsi aşkarlanıb


Digərləri 21 Dek 2017 11:47:00 227 0

Bu il 17 qrip hadisəsi aşkarlanıb

Bu ilin payız-qış mövsümü ilə əlaqədar olaraq, əhali arasında aparılmış müayinələr nəticəsində 17 qrip hadisəsi aşkarlanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) baş direktorunun təşkilat məsələləri üzrə müavini Ağaxanım Əliyeva bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə (164 hadisə) 90 faiz azalma təşkil edir.

A.Əliyeva deyib ki, cari ilin müvafiq dövrü ərzində yuxarı tənəffüs yollarının digər mənşəli infeksiyaları ilə Respublika Müalicə-Profilaktika idarələrinə edilən müarciətlərin sayı 10 % azalıb: "Bu il ərzində yoluxucu xəstəliklər üzərində epidemioloji nəzarətin gücləndirilməsi məqsədilə rotavirus, B tipli hemofil infeksiya tərəfindən törədilən bakterial meningitlər, pnevmokok və meniqokok infeksiyaları üzərində epidemioloji nəzarət davam etdirilib".