Ərlə məşuqəsini ayırır, ailəni möhkəmlədir


Digərləri 21 Dek 2017 10:51:00 266 0

Ərlə məşuqəsini ayırır, ailəni möhkəmlədir

Çində boşanma təhlükəsi olan ailələr üçün Sevgi xəstəxanası adlanan ofisdə pullu, fərqli xidmət təqdim olunur

.

Son.az BBC-yə istinadla xəbər verir ki, Çində Weiqing Love Hospital ( Sevgi Hospitalı ) adlandırılan məkanda evli cütlüklərin ailəsini dağıtmağa çalışan məşuq və ya məşuqələrdən qurtulmağa kömək edilir. Bu xidmətin adı mistress dispelling (məşuq və ya məşuqədən qurtulma) adlanır. Onun qurucusu Ming Lidir. O, qadınlara ərlərinin yenidən necə diqqətini çəkmək barədə məsləhətlərini verir.

Müşərilərin dediyinə görə, bura xeyli pul xərcləsələr də, ən azından həyat yoldaşlarını itirmirlər.

Shu Xinin dediyinə görə, artıq bir milyona yaxın insan bu xidmətdən istifadə edib.

"Məşuq və ya məşuqə ailələrin ən böyük problemlərindən biridir. Bu, əsasən, ailələrin dağılmasına səbəb olur. Bizim xəyanətin olduğu evlilikləri qorumaq üçün 33 fərqli üsulumuz var. 17 ildir ki, fəaliyyətdəyik".


Xəbərə aid fotolar