AYİB TAPa 500 milyon avro ayıra bilər


Digərləri 21 Dek 2017 10:42:00 289 0

AYİB TAPa 500 milyon avro ayıra bilər

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Transadriatik boru kəməri (TAP) layihəsi üçün 500 milyon avro məbləğində kredit ayrılması məsələsinə baxır.

Son.az Trend-ə istinadən xəbər verir ki, AYİB artıq layihənin konsepsiyasına baxıb və hazırda layihə yekun olaraq nəzərdən keçirilir.

Qeyd edək ki, 2018-ci ilin fevralında Avropa İnvestisiya Bankı da TAP üçün 1,5 milyard avro ayrılmasına baxacaq.