Rusiyanın dəniz piyadalarının Xəzərdə təlimləri başlayıb


Dünya 21 Dek 2017 10:18:53 239 0

Rusiyanın dəniz piyadalarının Xəzərdə təlimləri başlayıb

Hərbçilər 1-2 metr dərinlikdə yerləşdirilən ərazini 60 kq-dan artıq minadan təmizləyəcək

Rusiyanın Xəzər Donanmasının dəniz piyadaları mühəndis minaaxtaranları tağımının Dağıstan sahillərində təlimləri başlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəisi polkovnik Vadim Astafyev bildirib.

Məlumata görə, “Əqrəb” adı altında keçirilən təlimlər zamanı mina axtarışı vərdişi aşılanır. Hərbçilər 1-2 metr dərinlikdə yerləşdirilən ərazini 60 kq-dan artıq minadan təmizləyəcək.