Türkiyə parlamentində erməni əsilli deputata görə dava düşdü FOTO


Dünya 21 Dek 2017 10:28:00 297 0

Türkiyə parlamentində erməni əsilli deputata görə dava düşdü  FOTO

Türkiyə Böyük Millət Məclisində növbəti insident yaşanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu dəfə hakim Ədalət və İnkişaf Partiyası AKP) və müxalif Xalqların Demokratik Partiyasından (HDP) olan deputatlar arasında dava düşüb.

Məlumata əsasən, davaya səbəb daha öncə Ermənistana səfəri ilə gündəmə gələn erməni əsilli millət vəkili Karo Paylanın AKP-dən olan millət vəkili İlknur İncesözə çıxışı zamanı replika ataraq "əxlaqsızlıq etmə" deməsi olub.

Bu sözlərdən hiddətlənən AKP-li millət vəkilinin cava olaraq "Siz parlamentdə əxlaq dərsi verə biləcək ən son adamsınız" deməsindən sonra hər iki partiyadan olan millət vəkilləri arasında insident yaranıb.


Xəbərə aid fotolar