Sədr: "Münaqişələrin həlli gələn il BMT Baş Assambleyasının fəaliyyətinin prioritetlərindən biri olacaq"
Dünya 21 Dek 2017 10:11:06 282 0
BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri həmçinin inkişafın maliyyələşdirilməsi ilə bağlı konfrans keçirməyi planlaşdırdığını açıqlayıb
"Report" xəbər verir ki, bunu Baş Assambleyanın 72-ci sessiyasının sədri Miroslav Laycak BMT-nin qərargahında təşkil edilən yekun mətbuat konfransında bildirib.
O deyib ki, Baş Assambleyanın 72-ci sessiyası işinin əsas hissəsini yekunlaşdırıb. Sədr qeyd edib ki, bu müddət ərzində assambleyanın əsas komitələri tərəfindən 200-dən çox qətnamə təsdiqlənib. Onların əksəriyyəti Baş Assambleyanın plenar iclasında qəbul olunub.
M.Laycak qurumun növbəti il üçün fəaliyyətinin prioritetlərini də açıqlayıb. Onun sözlərinə görə, 2018-ci ildə digər mühüm istiqamət dünyadakı münaqişələrin həlli və sülh quruculuğu olacaq.
BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri həmçinin inkişafın maliyyələşdirilməsi ilə bağlı konfrans keçirməyi planlaşdırdığını açıqlayıb.