AYİB TAP-a 500 milyon avro ayıra bilər


Digərləri 21 Dek 2017 10:11:48 250 0

AYİB TAP-a 500 milyon avro ayıra bilər

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Transadriatik boru kəməri layihəsi üçün 500 milyon avro məbləğində kredit ayrılması məsələsinə baxır.

Bakı. Ləman Zeynalova - Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Transadriatik boru kəməri (TAP) layihəsi üçün 500 milyon avro məbləğində kredit ayrılması məsələsinə baxır. Trend-in məlumatına görə, AYİB artıq layihənin konsepsiyasına baxıb və hazırda layihə yekun olaraq nəzərdən keçirilir.