Ən köhnə messencerlərdən biri dayandı


Digərləri 21 Dek 2017 08:41:00 270 0

Ən köhnə messencerlərdən biri dayandı

Ən köhnə messencerlərdən biri öz fəaliyyətini dayandırıb. Söhbət "AOL Instant Messenger" ("AIM") xidmətindən gedir. Sözügedən messencer 15 dekabr tarixində rəsmi bağlanıb.

Son.az ICTnews-a istinadən bildirir ki, hazırda "AIM" servisində bütün fərdi məlumatlar, həmçinin yazışmalar silinib. Bu halda istifadəçilər bundan sonra da "aim.com" domenində elektron poçtdan istifadə edə biləcəklər.

"AOL" internet nəhəngi tərəfindən hazırlanmış "AIM" messenceri 1997-ci ildə istifadəyə verilib. 2012-ci ildə "Windows" üçün sonuncu versiya təqdim olunub, "iOS" və "Android" mobil platformaları üçün versiyalar 2017-ci ilin yayında yenilənib.

2006-cı ildə amerikalı internet istifadəçilərinin 50%-dən çoxu "AIM" messencerindən istifadə edirdi. Həmin vaxtlar servis "Microsoft" şirkətinə məxsus "MSN Messenger", "Yahoo! Messenger" və "ICQ" ilə rəqabət aparırdı. "Google Chat" və "Hangouts", "Skype", "Twitter", "Facebook Messenger", "WhatsApp" və "LinkedIn" kimi layihələrin istifadəyə verilməsindən sonra "AIM"-in populyarlığı son dərəcə azaldı.