Britaniya baş nazirinin müavini pornoqrafiya


Dünya 21 Dek 2017 08:48:00 304 0

Britaniya baş nazirinin müavini pornoqrafiya

Demian Qrinin istefası baş nazir Tereza Meyə zərbə olacaq

Böyük Britaniya baş nazirinin müavini Demian Qrin 2008-ci ildə iş kompüterində pornoqrafik şəkillərin tapılması barədə yayılan xəbərlər səbəbindən hökumətdə tutduğu vəzifəsindən istefa verib.

Son.az "Report"a istinadən bildirir ki, Qrin kompüterində tapılmış şəkillərlə bağlı "qeyri-dəqiq və dolaşıq bəyanatlar" verməsi ilə əlaqədar vəzifəsindən gedib. Nəşr yazır ki, Qrinin istefası onu "Dauninq Strit"ə gətirən baş nazir Tereza Meyə zərbə olacaq. O, lideri baş nazir olan Mühafizəkarlar partiyasının səslərin yarısından da azını toplayaraq parlamentdə əksəriyyətdən məhrum olmasından sonra, Treza Meyə mövqeyini möhkəmləndirməkdə kömək etməli idi.