Nüsxələrinə nəzarət markası yapışdırılmalı olan audiovizual əsər, proqram və ya kitabların dövlət reyestrinin aparılması qaydaları dəyişdirilib


İqtisadiyyat 21 Dek 2017 08:26:57 381 0

Nüsxələrinə nəzarət markası yapışdırılmalı olan audiovizual əsər, proqram və ya kitabların dövlət reyestrinin aparılması qaydaları dəyişdirilib

Nazirlər Kabineti bu barədə qərar qəbul edib

“Nüsxələrinə nəzarət markası yapışdırılması nəzərdə tutulan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) dövlət reyestrinin aparılması Qaydaları”na dəyişiklik edilib.

“Report” xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə Qaydaların 15-ci hissəsinə “Agentliyin” sözündən sonra “İdarə Heyətinin” sözləri əlavə olunub.

Bu addım “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” prezidentin 2017-ci il 6 sentyabr tarixli 1593 nömrəli Fərmanının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə atılıb.