Windows 10da yeni boşluq tapılıb


Digərləri 21 Dek 2017 07:22:00 254 0

Windows 10da yeni boşluq tapılıb

"Google" şirkətinin mütəxəssisi Tevis Ormandi "Windows 10" sisteminə inteqrasiya edilmiş "Keeper" adlı şifr menecerinin brauzerlər üçün plaqinində kritik boşluq aşkar edib. Hakerlər sözügedən boşluq sayəsində  yoluxmuş veb-saytlar vasitəsilə istifadəçilərin yadda saxlanmış parollarına müdaxilə edə bilərlər. "Microsoft" şirkəti artıq reaksiya verib.

Son.az ICTnews-a istinadən bildirir ki, korporasiyanın nümayəndəsi bildirib ki, "Keeper"in tərtibatçıları artıq problemi həll ediblər, buna görə proqram təminatının ən yeni versiyası qurulmuş kompüterləri təhlükə gözləmir. Həmçinin bildirilib ki, brauzerdə "Keeper" plaqinindən istifadə edən istifadəçilər bu təhlükədən zərər görüblər.