Tramp BMT-nin Qüdslə bağlı qətnaməsini dəstəkləyən ölkələri təhdid edib


Dünya 21 Dek 2017 05:41:36 273 0

Tramp BMT-nin Qüdslə bağlı qətnaməsini dəstəkləyən ölkələri təhdid edib

O, həmin ölkələrə ayrılan maliyyə yardımlarının kəsiləcəyini bildirib

ABŞ prezidenti Donald Tramp BMT-nin Qüdslə bağlı qərarını dəstəkləyən ölkələri onlara edilən maliyyə yardımının dayandırılacağı ilə təhdid edib.

“Report” "Guardian"a istinadən xəbər verir ki, bunu o, Ağ evdə çıxışı zamanı deyib.

"Onlar yüz milyonlarla, hətta milyardlarla dollar vəsait alırlar, sonra isə bizə qarşı səs verirlər. Biz bu səsləri görürük", - deyə Tramp bildirib.

Onun sözlərinə görə, ABŞ belə olan halda yaxşıca qənaət etmiş olacaq.