İranın şimalında 5,2 maqnituda gücündə zəlzələ baş verib


Dünya 21 Dek 2017 00:57:20 267 0

İranın şimalında 5,2 maqnituda gücündə zəlzələ baş verib

Dağıntı və tələfat barədə məlumat yoxdur

Çərşənbə günü İranın şimalında 5,2 maqnituda gücündə zəlzələ baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilir ki, təbii fəlakətin mərkəzi Tehran ətrafında yerləşən Kerec şəhərindən 17 km cənubda qeydə alınıb. Zəlzələnin ocağı yerin 7 km dərinliyində olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.