Ev əşyaları ilə birgə yanıb


Digərləri 20 Dek 2017 23:51:00 241 0

Ev əşyaları ilə birgə yanıb

Zaqatalada fərdi yaşayış evi içərisindəki ev əşyaları ilə birlikdə yanıb.

Son.az APA-ya istinadən xəbər verir ki, yanğın dekabrın 20-i axşam saat 21:50 radələrində rayonun Dardoqqaz kəndində, kənd sakini Nəriman Əhməd oğlu Babayevə məxsus, ümumi sahəsi 120 kv/m olan kürsülü birmərtəbəli 3 otaqdan ibarət fərdi yaşayış evində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib.