Alimlər canlı materiya çap edən 3Dprinter hazırlayıblar


Digərləri 20 Dek 2017 23:33:00 235 0

Alimlər canlı materiya çap edən 3Dprinter hazırlayıblar

İsveçrə Ali Texniki Məktəbinin tədqiqatçılar qrupu bakteriyalarla qarışdırılmış mürəkkəbin köməyi ilə canlı biokimyəvi konstruksiyaların 3D-çapı üçün platforma hazırlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mürəkkəb özündə əşyanın karkasını formalaşdıran bioloji uyğun hidrogel ehtiva edir. 3D-printerin istismarı prosesində alimlər bakteriyaların bir neçə növünü özündə saxlayan dördə qədər müxtəlif mürəkkəbdən istifadə edə bilərlər. Hidrogelli mürəkkəblərin bakteriyalarla uyğunluğu fiziki ağrını azaltmağa və rütubəti saxlamağa imkan verir. Xüsusi halda, canlı çapın tətbiq sahələrindən biri də yanıqların müalicəsi ola bilər. Lakin alimlər bu metodikanı istehsala təqdim etməzdən əvvəlcə onun üzərində işləməlidirlər. Bu üsulun əsas problemləri sırasında çapın sürəti və texnologiyanın miqyaslanması dayanır.