Bakı Dəmiryolu Vağzalında işıqların sönməsi səbəbindən bilet satışı dayandırılıb


Sosial 20 Dek 2017 23:25:38 259 0

Bakı Dəmiryolu Vağzalında işıqların sönməsi səbəbindən bilet satışı dayandırılıb

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil

Bakı Dəmiryolu Vağzalına ötürülən elektrik enerjisi kəsilib.

“Report” xəbər verir ki, işıqların sönməsi səbəbindən bilet satışı da dayandırılıb.

Eyni zamanda, ASAN kommunal mərkəzindən də bilet almaq mümkünsüz olub.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.