Türkiydə İŞİD-lə əlaqədə şübhəli bilinən fransalı cütlük saxlanılıb


Dünya 20 Dek 2017 22:47:17 264 0

Türkiydə İŞİD-lə əlaqədə şübhəli bilinən fransalı cütlük saxlanılıb

Cütlük Türkiydən keçərək Suriyaya keçmək niyyətində olub

Türkiyədə İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən fransalı cütlük saxlanılıb.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, anti-terror polisi Fransa vətəndaşlarını Sabiha Gökçen hava limanında onlar öz ölkələrinə uçmaq istəyən zaman saxlayıb.

Türkiyə hüquq-mühafizə orqanlarındakı rəsmi mənbənin bildirdiyinə görə, onların Fransadan olan həmkarları Türkiyəyə fransalı cütlüyün İŞİD-ə qoşulmaq üçün Türkiydən Suriyaya keçməyə çalışdıqları barədə xəbərdarlıq göndərib.

Görülən bütün zəruri prosedurlardan sonra saxlanılan vətəndaşlar deportasiya ediləcək.