Bu çaydan içsəniz, artıq piyləriniz ƏRİYİB GEDƏCƏK


Digərləri 20 Dek 2017 22:20:00 295 0

Bu çaydan içsəniz, artıq piyləriniz ƏRİYİB GEDƏCƏK

Payız-qış fəslinin ən sevilən meyvələrindən biri də əzgildir. Kimisi bərk, kimisi də bir az yumşalmış formada xoşlayır əzgilin dadını. Amma dadı ilə yanaşı insan orqanizmi üçün faydaları da saymaqla bitmir. Son.az ailem.az-a istinadən əzgilin inanılmaz faydalarını sadalayır.

Əzgil kalsium, dəmir, fosfor, potasium tərkibi ilə yanaşı askorbin turşusu ilə zəngin olması baxımından orqanizm üçün çox faydalıdır. O, sərinlədici təsiri ilə bədənə təravət bəxş edir. Antioksidant xüsusiyyəti sayəsində zərərli toksinləri yox edir.

Əzgil yarpağının suyu immunitet sistemini gücləndirir, bədənə güc verir. Şəkər xəstələri də bu şəfalı meyvədən mütləq istifadə etməlidir.

Həmçinin əzgil yarpağı qaraciyərə də kömək edir. Onu zəhərli maddələrdən qoruyur.

Sakitləşdirici təsir göstərir, dəri xərçənginin qarşısını alır.

Depressiyaya kömək etməsi də əzgilin faydaları arasındadır.

Qusma, mədə bulantısını da aradan qaldırır. Buna görə hamilə qadınlar da bu meyvədən rahatlıqla yeyə bilərlər. Bu faydalı meyvə hamilələrdə erkən doğuşun qarşısını alır.