Bakıda DƏHŞƏTLİ CİNAYƏTİN səbəbi bilindi TƏFƏRRÜAT VİDEO


Kriminal 20 Dek 2017 21:27:00 261 0

Bakıda DƏHŞƏTLİ CİNAYƏTİN səbəbi bilindi  TƏFƏRRÜAT  VİDEO

Gecə Bakıda ağır cinayət olub. Həyat yoldaşını yaşadığı evdə amansızlıqla öldürən kişi ölkədən qaçmaq istəyərkən sərhəddə yaxalanıb. Məlumata görə, hadisə ev mübahisəsi zamanı olub.

Son.az bildirir ki, ev üstündə ərlə-arvad arasında düşən mübahisə ağır cinayətə səbəb olub.

Kişi həyat yoldaşının başını kəsərək onu amansızlıqla qətlə yetirib. Hadisə gecə saatlarında paytaxtın Binəqədi rayonu 3-cü mədən, ev 61 ünvanında qeydə alınıb. 52 yaşlı Rasim Çəltikov ailə münaqişəsi zəminində həyat yoldaşı, 50 yaşlı Arifə Çəltikovaya boğaz nahiyəsindən bıçaqla xəsarət yetirib. Qadın çoxlu qan itirdiyindən hadisə yerində ölüb.

Rasim Çəltikov cinayəti törətdikdən sonra hadisə yerindən qaçıb. Hadisə barədə hüquq mühafizə orqanlarına məlumat verilib. Polis və prokurorluq əməkdaşları Rasim Çəltikovu Rusiyaya qaçmaq istəyərkən sərhəddə yaxalayıblar.