Azərbaycanlı aktrisa aktyor həyat yoldaşının xəyanətindən danışdı: "Övladlarıma görə onu bağışlayıb, qəbul etmişəm" FOTO


Kriminal 20 Dek 2017 21:03:00 311 0

Azərbaycanlı aktrisa aktyor həyat yoldaşının xəyanətindən danışdı: "Övladlarıma görə onu bağışlayıb, qəbul etmişəm"  FOTO

“Aqressiv olmağımın başında məhz xəyanət durur”

Aktrisa Ruhiyyə Həsənovanın Son.az-a müsahibəsi.

- Ruhiyyə xanım, uzun illərdir teatrda çalışmağınıza baxmayaraq "Laləli saray" serialındakı Aygün obrazı ilə geniş tamaşaçı kütləsi tərəfindən tanındınız. Bildiyimə görə oynadığınız rola görə başınız az bəlalar çəkmir.

- Bəli, serialdan tanınmağım danılmaz faktdır. Buna görə mən serialın prodüsseri Yaşar Əhmədova, rejissorlarımız Şahin Qəhrəmana, Zaura təşəkkür edirəm. Onlar bizim çox əziyyətimizi çəkir. Bütün günü setdə olduğumdan mən serialı izləyə bilmirəm, amma sonra internetdən izləyirəm, orada yazılan mənfi rəyləri görəndə sevinirəm. Tamaşaçını inandırmışamsa, deməli, bu, mənim və rejissorun uğurudur. Orada yazırlar ki, "Aygünün başından güllə əksikdir". Mən hərdən deyirəm ki, Aygünü də başa düşmək lazımdır. Bir çox qadınlar həyat yoldaşının xəyanətini qəbul etmir. Aygünün aqressiv olmağının başında da məhz xəyanət durur.

- Adətən rejissor çəkəcəyi serialı üçün aktrisa seçimi edərkən teatrda həmin aktrisanın tamaşalarını izləyir. Sizi tamaşadan, yoxsa tanışlıq yolu ilə seçdilər?

- Məndə olan məlumata görə onlar Aygün obrazına aktrisa tapa bilməmişdilər. Bir aktrisa həmin obraza təsdiqlənmişdi, amma o, digər bir kanalda çəkildiyi üçün "yox" cavabını vermişdi. Şəkillərimə baxıb, məni çəkilişə dəvət etmişdilər.

İlk dəfə mən "Laləli saray"-ın həyətinə daxil olanda hamı bir ağızdan dedi ki, nəhayət ki, Aygünü tapdıq. Amma bu obraz məndən çox uzaqdır. İnsanın özünü oynamağa nə var ki, əsas odur ki, sənə yad olan obrazı oynayasan. Bəzən görürsünüz ki, nəsə alınmır, yenidən çəkməyə məcbur oluruq. Bu serial çəkilişləri başlayandan, demək olar ki, böyük stress, əsəb keçirirəm.

- Teatr fəaliyyətiniz necə, genişdir?

- Mən artıq 3 ildir ki, Şuşa teatrında çalışıram. Bizim teatrın rejissoru gözəl insan, Loğma Kərimovdur. Həmişə deyirəm ki, Loğma müəllim mənim bir nömrəli rejissorumdur. Bu günlərdə biz "Dərviş Parisi partladır" tamaşasını təhvil verdik. Mən bu tamaşada Xanpəri rolunu oynayırdım. Həqiqətən də, tamaşaya baxan insanlar onu yüksək qiymətləndirdilər. Teatr mənim birinci evimdir. Mən ailə həyatı qurandan sonra bir müddət teatrdan uzaqlaşdım. İnanın Allaha oturub ağlayırdım ki, teatrı istəyirəm. Teatrımızın direktoru Yadigar Muradova böyük təşəkkür edirəm ki, bir aktrisa kimi mənə inanır və güvənir.

- Həyat yoldaşınız da bu sənətin sahibidir. Tanışlığınız haradan qaynaqlanıb?

- Həyat yoldaşım Vüqar Məmmədəliyev hal-hazırda Gənc Tamaşaçılar Teatrının aktyorudur. Biz həmkarım Mətanət Eresin ad günündə həmin teatrın nəzdində fəaliyyət göstərən İlham Miniatür Teatrında tanış olmuşuq. O, bu teatrın nəzdində fəaliyyət göstərən digər bir - Gənclər teatrında çalışırdı. Sevgi onu İlham Miniatür Teatrına gətirdi. Elə burada tanış olandan sonra ailə həyatı qurduq. Bir müddət o istəmədi ki, mən teatrda işləyim. Çünki övladlarımız çox balaca idi. Amma buna baxmayaraq mən yenə də teatrı tərk etmədim.

- Bildiyim qədərilə evlilik prosesində bir çox əziyyətlərə qatlaşmısınız...