Bakıda elektrik stansiyasının ərazisində YANĞIN


Digərləri 20 Dek 2017 20:50:00 215 0

Bakıda elektrik stansiyasının ərazisində YANĞIN

Bakının Xəzər rayonunda "Azərenerji" ASC-nin Şimal Elektrik Stansiyasının ərazisində tikilməkdə olan tikilinin divar üzlüyü 30 kv.m sahədə yanıb.

Son.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.