İstanbulda Yeni il şənlikləri keçirilməyəcək Qadağan olundu


Dünya 20 Dek 2017 20:45:00 221 0

İstanbulda Yeni il şənlikləri keçirilməyəcək  Qadağan olundu

İstanbulun Bəyoğlu bələdiyyəsi mərkəzi Taksim meydanı və İstiqlal küçəsində Yeni illə bağlı şənliklərin, tədbirlərin keçirilməsini qadağan edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Bəyoğlu bələdiyyəsinin Təhlükəsizlik İdarəsinin rəisi İsmayıl Kılıç bildirib.

Onun sözlərinə görə, Yeni il gecəsi Taksim meydanında, İstiqlal küçəsində, eləcə də bütün mərkəzi rayonlarda təhlükəsizlik yüksək səviyyədə təşkil olunacaq, polis gücləndirilmiş rejimdə çalışacaq.