İtaliya mətbuatı: "Cənub Qaz Dəhlizi" Azərbaycanın Aİ ilə effektiv əməkdaşlıq modelidir


Digərləri 20 Dek 2017 20:27:00 247 0

İtaliya mətbuatı: "Cənub Qaz Dəhlizi" Azərbaycanın Aİ ilə effektiv əməkdaşlıq modelidir

Cənub Qaz Dəhlizi" Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə effektiv əməkdaşlıq modelidir.

Son.az Trend-ə istinadən bildirir ki, bu İtaliyanın "Agenparl" informasiya agentliyinin saytında dərc olunmuş məqalədə deyilir.

"Azərbaycan Avropa İttifaqı ilə münasibətlərdə irəliyə doğru daha bir addım atır. Avropa Parlamenti xarici siyasət və birgə təhlükəsizliyin həyata keçirilməsi haqqında qətnamə qəbul edir" başlıqlı məqalədə 13 dekabrda Avropa Parlamenti tərəfindən qəbul edilmiş illik "Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik haqqında qətnaməsi" və onun Aİ-Azərbaycan münasibətləri üçün əhəmiyyətindən bəhs olunur.

Məqalədə bildirilir ki, qətnamədə Aİ-nin xarici siyasət və təhlükəsizliyə dair qlobal strategiyasının əsas prinsipləri öz əksini tapıb, Aİ-nin Şərq Tərəfdaşlığına daxil olan bütün ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləməyə dair öhdəliklərinə sadiq olduğu təsdiq olunur və bu səbəblərdən həmin sənədin 20 ildən artıq müddətdə Ermənistanın hərbi təcavüzünə məruz qalmış və ərazilərinin 20 faizinin işğal olunduğu Azərbaycan üçün prinsipial əhəmiyyətə malik olduğu vurğulanır.

Avropa İttifaqının ölkələrin ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı mövqeyinin 2016-cı ilin noyabr ayında Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığı ölkələrinin Sammitində də tanındığı bildirilərək hazırda bu mövqenin hər üç platforma: Avropa Xarici Fəaliyyət Xidməti, Avropa Komissiyası və Avropa Parlamenti çərçivəsində vahid mövqe kimi təsdiq olunduğunu diqqətə çatdırılır və sonuncu qətnamənin təcavüzkar separatizm və qonşu ölkələrin ərazi iddialarından əziyyət çəkən bütün dövlətlər və Avropada mövcud olan bütün münaqişələr üçün vahid yanaşma, o cümlədən Şərq Tərəfdaşlığı ölkələri də daxil olmaqla bütün ölkələrin beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün dəstəklənməsinə hədəflənən münasibət tələb etdiyi vurğulanır.