DGK "Sədərək" və "Binə"də əməliyyat keçirib


Digərləri 20 Dek 2017 19:45:03 191 0

DGK "Sədərək" və "Binə"də əməliyyat keçirib

82.000 ədəddən çox pirotexniki vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bakı. Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən, mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən külli miqdarda pirotexniki malları dövriyyədən çıxarıblar. Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, idarə əməkdaşları Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" və "Binə" ticarət mərkəzlərində əməliyyat tədbirləri keçiriblər.